Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 14:56:00
Şahdəniz 2 şimal cinahında beşinci quyudan hasilata başladı

 

 

 

Qeyd edık ki, bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və  layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilən  daha bir uğurdur.

 

 

AzEdu.az xəbər verir ki, mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

 

 

2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatmışdır. İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.