Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-04 15:49:00
Çin alimləri Хаynan adasında yeni ekzotik kərtənkələ tapıblar

Alimlər Хаynan (Cənubi Çin) adasında gekkonlar növünə aid olan yeni kərtənkələ - ekzotik Sərqi-Asiya euyblefarı aşkar ediblər. Bu barədə “Sinxua” agentliyi cümə günü məlumat yayıb.

AzEdu.az xəbər verir ki, heyvan adanın mərkəzi hissəsində dəniz səviyyəsindən 200-300 metr yüksəklikdə meşə ilə örtülü ərazidə tapılıb. Uzunluğu 93-97 millimetrə çatan heyvanın qəhvəyi və qırmızıya çalan dərisində iri qara ləkələr mövcüddur. Yeni növ “Zhoushi Jianhu” adlandırılıb ki, bu da tərcümədə "Çjou sülaləsindən euyblefar" deməkdir.

Dünyada cəmi 17 növdə Şərqi-Asiya euyblefarı mövcuddur. Bu yaxınlara qədər belə hesab edilirdi ki, bunlardan yalnız ikisi (Goniurosaurus hainanensis və Goniurosaurus bawanglingensis) Хаynan adasında yaşayır.