Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-05 17:23:00
Azərbaycanda daha 1 394 nəfərdə koronavirus aşkarlanıb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 394 yeni yoluxma faktı qeydə alınıb, 1 791 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 596 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 564 577 nəfər müalicə olunaraq sağalıb, 7 967 nəfər vəfat edib, aktiv xəstə sayı 23 844 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 503, ötən müddət ərzində isə ümumilikdə 5 602 773 test aparılıb.