
"İnsan fiziologiyasını idarə edən içimizdəki molekulyar saatdır. Yəni günəşin doğulub-batmasından asılı olmayaraq bu saat günün hansı vaxtı olduğunu vücudumuza bildirir”.
AzEdu.az xəbər verir ki, bunu dünyaca məşhur biokimyaçı, Nobel mükafatı sahibi, türk əsilli alim Əziz Səncər Azərbaycanda keçirilən brifinqdə deyib.
"Biz bu saatın həm xərçəngin yaranmasında, həm də müalicəsində necə istifadə edilə bilməsi üzərində işləyirik. Onun sıradan çıxmasının xərçəngə səbəb olması vacib müzakirə mövzusudur. Ümumilikdə, bu barədə dəqiq söz deyə bilmərik. Bütün digər dərmanlarda olduğu kimi xərçəngin müalicəsi üçün ilacların günün hansı saatlarında qəbul ediləcəyi düşünülür. Günün müxtəlif saatı hansı xərçəng dərmanının verilməsi ilə bağlı araşdırmalar davam edir”.