
2021-12-17 17:20:00
Müəllimlərin maaş məsələsinə yenidən baxılmalıdır - Deputat
“Ümumən götürdükdə müəllimlərin maaşı mədəniyyət və səhiyyə işçiləri ilə müqayisədə nisbətən yüksəkdir. Ancaq yenə də hesab edirəm ki, müəllimlərin maaşının artırılması məsələsinə yenidən baxılmalıdır. Çünki hər hansı bir sahədə insanların daha səylə çalışması, o səhəyə daha artıq marağın olması üçün maaşın yüksək olması vacib şərtdir”.
Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, son illər müəyyən imtahanlardan, sertifikasiyadan uğurla keçən müəllimlərin əməkhaqqısında müəyyən artımlarlar müşahidə olunur: “Bütün bunlara rəğmən mən hesab edirəm ki, müəllimlərin maaşının artırılması məsələsinə yenidən baxılmalıdır. Orta məktəblərdə müəyyən kateqoriyalar, məsələn, kitabxanaçılıq və sair üzrə maaşlar hələ də çox aşağıdır. Dövlət universitetlərində əməkhaqqılar arasında çox böyük fərqlər var. Bəzi universitetlərdə orta əməkhaqqı min manatdırsa, bəzi ali təhsil müəssisələrində bu 400-500 manat təşkil edir. Fikrimcə, dövlət büdcəsinin imkanları da nəzərə alınmaqla müəllimlərin maaş məsələsinə yenidən baxılmalıdır”.
C.Məmmədov bildirib ki, Prezident İlham Əliyev ölkədə təhsilin inkişafını hər zaman xüsusi diqqətdə saxlayır. 2022-ci ilin dövlət büdcəsində təhsil prioritet sahələrdəndir. Təhsil sahəsinə ayrılan vəsaitlərin hər il artırılması da bu fikri bir daha təsdiq edir:
“Mən inanıram ki, yenə dövlət tərəfindən həm orta məktəb həm də universitet müəllimlərinin əməkhaqqısının artırılması istiqamətində müvafiq addımlar atılacaq. Bu da gənclərin bu peşəyə, müəllimliyə marağını daha da artıracaq”.
Bakupost.az
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51