
2022-01-14 18:00:00
“Belə kobud rəftar və ya davranış uşaqda ağır travma yarada bilər” - Hicran Hüseynova
“Tərbiyəçinin körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərməsi əlbəttə ki, çox üzücü bir hadisədir. Əfsuslar olsun ki, bu narahatedici hal artıq normaya çevrilir. Belə kobud rəftar və ya davranış uşaqda ağır travma yarada bilər. Bir çox hallarda isə həm travmalar həyatı boyu həmin uşaqda qalır və daha pis nəticəyə gətirib çıxarır”.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova deyib.
Millət vəkili bildirib ki, hazırda uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri, körpələr evi Təhsil Nazirliyinin tərkibinə verilib:
“Çox yaxşı olardı ki, həmin müəssisələrə işə qəbul olunan müəllimlərin, təkcə pedaqoji bilikləri deyil, həm də uşaqla ünsiyyət, davranış bilik və bacarıqları da qiymətləndirilsin. Eyni zamanda, vaxtaşırı fəaliyyət göstərən tərbiyəçilər, müəllimlər tibbi-psixoloji müayinələri də keçirilməlidir. Bu imkan verəcək ki, uşaqlarla ünsiyyətdə problemi olan, davranışlarında kobudluq edən müəllim və tərbiyəçilər müəyyən edilsin”.
Bakupost
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51