Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-16 11:25:00
Ukraynadan dövlət dili QƏRARI

Ukraynada bütün çap mediası bundan sonra dövlət dilində nəşr ediləcək. 

 


AzEdu.az xəbər verir ki, bunu Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili Taras Kremin bildirib. 

 


“Yanvarın 16-dan “Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsinin təmin edilməsi haqqında” qanunun 25-ci maddəsinin müddəası qüvvəyə minir ki, bu da qəzet və jurnalları tirajın ən azı 50%-ni ukrayna dilində buraxmağı öhdəsinə götürür.

 

 

Qanunvericiliyə uyğun olaraq, çap mediası başqa dillərdə də nəşr oluna bilər, o şərtlə ki, xarici dildə nəşrin müvafiq tirajı ilə eyni vaxtda bu nəşrin dövlət dilində tirajı dərc edilsin:

 

 

“Bütün dillərdəki versiyalar aşağıdakı şərtlərlə dərc edilməlidir: Eyniadlı, məzmuna, həcmə, çap üsuluna görə bir-birinə uyğun və onların buraxılışları eyni seriya nömrələrinə malik olmalı, eyni gündə nəşr edilməlidir”,- məlumatda deyilir.