Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-18 09:00:00
Bayraktardan təhsil aldığı universitetə cavab: "Biz torpaqlarımızı geri aldıq"

"Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq".

 

AzEdu.az xəbər verir ki, bu fikirləri özünün rəsmi Tviter hesabında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selcuk Bayraktar Massaçusets Texnologiya Universitetinin (MIT) fizika professoru, İsveç əsilli Maks Teqmarkin Azərbaycanın Vətən müharibəsi dövründə "Səlcuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq" sözlərinə cavab olaraq bildirib.

 

Selcuk Bayraktar öz tvitində utanılacaq şeylərin törədilən soyqırımı və qətliamlar olduğunu ifadə edib.