Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-01 16:20:00
Azərbaycan Texniki Universitetində ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti təlim keçirilib.

 

Bu barədə AzEdu.az-a AzTU-dan məlumat verilib. Bildirilib ki, təlimdə AzTU-nu İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fəqanə Musayeva və Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva təmsil edib.

 

“Təhsildə dəyişikliyin idarə olunması - transformativ öyrətmə və öyrənmə” mövzusunda təlimə ali təhsildə keyfiyyət təminatı agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin vitse-prezidenti Olgun Çicek rəhbərlik edib.

 

Təlimdə Mərkəzi Oklahoma Universitetinin rektoru ilə canlı bağlantı yaradılıb və onların bu sahədə təcrübəsinə dair müzakirə aparılıb.

 

Sonra mövzu sual-cavab formatında davam etdirilib. Təlimdə Təhsil Nazirliyinin və tərəfdaş universitetlərin nümayəndələri iştirak edib.