Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 09:24:00
Fevral ayı üzrə Təhsil Tələbə Krediti Fonduna müraciətlərin statistikası açıqlandı

Fevral ayı üzrə Təhsil Tələbə Krediti Fonduna müraciətlərin statistikası açıqlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, fevralda kredit almaq üçün 1845 tələbə - 500 nəfər payız semestri, 1345 nəfəri isə yaz semestri üzrə müraciət edib. Payız semestri üzrə kredit almaq istəyən 105, yaz semestri üzrə isə 25 tələbəyə imtina cavabı verilib. 

Qeyd edək ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə kredit almaq üçün müraciətlərin qəbulu fevralın 15-də yekunlaşıb, yaz semestri üçün kredit almaq üçün müraciətlərin qəbuluna isə fevralın 16-da start verilib.