Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-12 11:30:00
Buraxılış imtahanlarına iki mindən çox nəzarətçi–müəllim cəlb olunub

Buraxılış imtahanlarının təşkili üçün ümumilikdə 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi cəlb edilib.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Xatirladaq ki, bu gün Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz, Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

İmtahanda 26 min 697 şagirdin iştirakı nəzərdə tutulur.