
2022-03-12 17:00:00
İstanbuldakı azərbaycanlı şagirdlərin maraqlı hekayəsi
Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Bayrampaşa bölgəsində Hüseyn Cavid adına Azərbaycan məktəbi fəaliyyət göstərir. Məktəbdə 600 nəfərdən çox şagird var və 5 ildir ki, failiyyətdədir.
Məktəbin qurucusu fədakar Şərqiyyə Məmmədova xanımdır. Məktəbdə təhsil alan şagirdlərin 90 faizdən çoxu naxçıvanlılardır ki, 90-cı illərdə işləməyə gedib, sonradan müxtəlif səbəblərdən orda qalanların, qayıda bilməyənlərin övladlarıdır. Xüsusən, imkansız ailələrdir və çətinliklə dolanırlar...
Məktəb balaca, xudmani, amma şirin bir məktəb idi. Anar adlı bir iş adamının dəstəyi ilə məktəbə ağıllı lövhələr belə alınıb. Cəmisi 10-12 otağı olan bu mətkəbdə uşaqlar təmiz Azərbaycan dilinidə danışır, oxuyurlar. Məktəbin bir şöbəsi də Kiçik Çəkməcə bölgəsində yerləşir.
Uzun illərdir ki, tanıdığım Şərqiyyə xanım arada gileyini bildirir ki, gəlin görün burda nələr edik, uşaqlar sizi tanısın, durumun fərqində olun. Getdim və gördüm, həm heyranlıq, həm də təəssüf hissi ilə ayrıldım.
Şərqiyyə xanımın dediyinə görə, o qədər imkansız ailələrdir ki, bəzən dolanışıq üçün də məktəbə müraciət edənlər olur, iş adamlarından cəlb etdiyimiz maliyyə ilə onlara müəyyən yardımlar da veririk. Ən acınacaqlısı isə odur ki, onlarla uşağın, böyüyün pasport rəsmi qeydiyyatı belə yoxdur, nə Türkiyə vətəndaşıdırlar, nə də Azərbaycan. Dünyada belə bir insan yox kimidir rəsmi qeydiyyatlarda. Bu mövzu uzun illərdir davam edir, hələ də həllini tapa bilməməsi ürəkağrıdıcıdır. Müdirə xanımla söhbətimizdən belə məlum oldu ki, məktəbin qurulması və saxlanılması üçün dövlətdən dəstək almır, çətinliklə də olsa, dərslikləri, proqramlarıTəhsil Nazirliyindən alıb, özü gətizdirir bura. Elə mənə də ona görə yazmışdı ki, bu uşaqların bədii ədəbiyyata ehtiyacları var, kitab gətirin gələndə. ANAİB üzvlərinin də dəstəyi ilə 200-dən çox kitab hədiyyə etdik məktəbin kitabxanasına.
Məktəbdə ilk diqqəti cəlb edən nizam-intizam və uşaqların enerji dolu olması idi. Hər birinin gözündə işıq var idi. Sanki Naxçıvanda hansısa bir qəsəbə məktəbinin şagirdləridir. Tərbiyə, əxlaq, davranış çox yüksək səviyyədə idi. Siniflərin hər biri Azərbaycanı ifadə edən informativ posterlərlə bəzədilmiş, bütün uşaqlar uniformda idi. Azərbaycançılıq ən yüksək səviyyədə təbliğ edilir, öyrədilir. Müəllimlər də Azərbaycanlı müəllimlərdir. Hətta bir zamanlar tələbəm olmuş Vüsalə xanımın da orda çalışması məni xüsusi şad elədi. Deməli, bu uşaqlar Azərbaycan attestatı alacaqlar sonda, əgər ala bilsələr. Çünki gələn ildən 9-cu sinfi bitirəcək, DİM imtahanına girəcəklər. Amma hələ ki, bu prosesin necə olacağı ilə bağlı dəqiq bilgiləri yoxdur və rəsmilərlə yazışmaları davam edir. Və düşünün ki, bu formada neçə azərbaycanlı uşağı indi heç bir təhsil almadan məktəbi bitirib, küçələrdə yaşam mücadiləsi verir. Bu hadisəni hardasa 2000-ci illərdən eşidirəm, yəqin ki, başqa yerdə də, başqa şəxslərin də fədakarlıq edib təhsil verdiyi məktəblər var. Amma vəziyyətimiz belə olmamalı idi. Düzdür, burda valideynlərin savadsızlığı və səhlənkarlığı danılmazdır, amma belə kütləvidirsə, demək ki, bu, zamanın səfirlyinin, diasporasının və s. aidiyyatı qrumlarının birbaşa məsluiyyətsizliyidir.
Uşaqlarla görüşdüm, dərslərində iştirak etdim, birgə himnimizi oxuduq, onlarla birgə şagird də oldum. Qəribə duyğular idi. Bir gün bu uşaqlar böyüyəcək, önəmli bir şəxsiyyət olacaq, ölkəmizə, bəşəriyyətə fayda verəcəklər, əminəm ki, onlara göstərilən bu təmənnasız dəstəyi unutmaycaqlar. Amma dövlət qurumlarının, iş adamlarının bu cür məktəblərə ciddi dəstək verməsi, sahib çıxması çox vacibdir.
Bəzi uşaqlardan axırıncı dəfə nə vaxt Azərbaycanda olduqlarını soruşdum, Naxçıvan ləhcəsi ilə verilən cavablardan biri balaca bir qıza aid idi: Mən Azərbaycanı görməmişəm! Çox kədərli idi, Azərbaycandan kənarda, nə qədər də qardaş evi olsa, hələ də ölkəsini görməyən 10-15 yaşlı uşaqlar vardı. Türkiyənin məktəblərinə getmələri üçün sənədləri yerində olmalıdır, amma olmadığından belə məktəblərdə fədakar insanların dəstəyi ilə dərs keçirlər. Şəxsən bunu özümüzə yaraşdırmadım. Axı onlar bu ölkənin övladlarıdır, niyə sahib çıxmaqda belə gecikirik. Bir gün onlar dünyaca tanınmış şəxs olsalar, bizi qəbul etməsələr, hansı üzlə onları qınayacağıq?!
Bir vətəndaş olaraq, Şərqiyyə Məmmədovaya, ona dəstək olan iş adamlarına, fədakar müəllimlərə təşəkkür edirəm. Onların səyi və çabası ilə məktəb yaşayır, azərbaycanlılara sahib çıxılır. Əminəm ki, zəhmətləri bir gün bəhrə verəcək, etdikləri heç zaman qarşılıqsız qalmayacaq!
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51