Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 16:59:00
Fizika və rus dili fənləri üzrə qiymətləndirmə tapşırıqları təhlil edilib

Martın 16-da Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının yeni nəşrləri dərsliklərlə müqayisəli şəkildə təhlil olunub.

 

İclaslarda işçi qrupların üzvləri ilə yanaşı, DİM-lə ekspert kimi əməkdaşlıq üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.

 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib. Növbəti iclasda müzakirələr davam etdiriləcək.