Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 12:39:00
SOCAR-ın  Daxili Təqaüd Proqramını 7 dəfə qazanan dövlət agentliyi direktoru- Uğur sirri-VİDEO

 

 

SOCAR-ın  Daxili Təqaüd Proqramını 7 dəfə qazanan, Xarici Təqaüd Proqramının qalibi kimi Bristol Universitetində təhsil alan Təbriz Əmmayev bu gün Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktorudur. Onun kimi  istedadlı insanlar, müasir bacarıq və vərdişlərə malik kadr ehtiyatı cəmiyyətin ən böyük  sərvətidir. Və belə kadrların yetişdirilməsində SOCAR-ın əvəzsiz xidmətləri var. Həyata keçirdiyimiz təhsil layihələri, təcrübə proqramlarımızın iştirakçısı olan gənclər bu gün Azərbaycan naminə çalışırlar.

 

Dövlət Başçımız İlham Əliyevin  “Biz neft kapitalını insan kapitalına çevirməliyik” təşəbbüsü istiqamətində ölkəmizdə həyata keçirilən uğurlu layihələrə SOCAR da dəstək verir. Bu layihələr sırasında istedadlı gənc mütəxəssislərin yetişdirilməsi məqsədilə SOCAR-ın 2006-ci ildən həyata keçirdiyi Xarici Təqaüd Proqramını xüsusi qeyd etməliyik.

 

Proqram çərçivəsində bu günədək 300-dən çox gənc dünyanın reytinqli universitetlərindən təhsil alıblar. Hazırda XTP məzunları SOCAR-da, eləcə də Azərbaycanın hökumət və dövlət strukturlarında rəhbər vəzifələrdə və mütəxəssis kimi çalışırlar.  

“Qara qızıldan insan kapitalına” layihəsi vasitəsi ilə xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıdıb bilik və bacarıqlarını Azərbaycan üçün səfərbər edən bu gənclərin karyera yüksəlişi, onların inkişaf etməsində  SOCAR-ın rolu haqqında danışırıq.

 

SOCAR xətti ilə Bristol Universitetində təhsil alıb Böyük Britaniyada özü də fərqlənmə diplomu ilə bitirib.