Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 16:02:00
Test imtahanı vermək üçün BU QƏDƏR namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 15:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 1739 (BA - 454, BB - 1285) namizəd qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.