
Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən xaricdə təhsil almaq istəyir.
Azərbaycanda da xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya ölkələrində təhsil almağı hədəf seçib.
Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir.
Bu dəfə Balkan yarımadasına yerləşən, konfederativ dövlət olan Bosniya və Herseqovinada oxumaq istəyənlər üçün orada təhsil almağın üstünlükləri barədə yazını təqdim edirik:
Bosniya və Herseqovinada rəsmi dili bosnak, xorvat və serb dilləridir. Ölkədə təhsil sistemi ibtidai, orta, ali təhsil pillələrindən ibarətdir
Məktəbəqədər təhsil müəssisəsi burada uşağın 7 yaşına qədər olan dövrü əhatə edir. Bosniya və Herseqovinada orta təhsil pulsuzdur.
Bosniya və Herseqovinada təhsilin müddəti 3-4 ildir. Ölkədə mühəndislik ixtisaslarında təhsil müddətləri 3.5 və ya 4 ildir. Tibb təhsili müddəti burada isə 3 ildir.
Bosniya və Herseqovinada universitetlərinin diplomları Avropa ölkələrində də tanınır. Ölkənin universitetləri YÖK tərəfindən də tanınmaqdadır.
Ölkədə təhsil haqqı illik 1000-3200 avro civarında dəyişir. Burada illik tibb təhsilli 2000-2500 avro, memarlıq təhsili 2500 avro, mühəndislik 2500 avro və hüquq 2000 avro, əczaçılıq isə 2500 avro təşkil edir.
Bosniya və Herseqovinda aylıq yaşayış xərcləri təxminən 250-350 avro arasında dəyişir. Ölkədə kirayə evlər olduqca ucuzdur. Burada 50-200avro arasında kirayə evlər tapmaq mümkündür və bu da burada təhsil almağın avantajları sırasındadır.
Qeyd edək ki, Bosniya və Herseqovina universitetlərində Avropa təhsil proqramları, “ERASMUS” proqramı mövcuddur.
Günel Yaşarqızı