Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 14:40:00
Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün vebinar təşkil olunacaq

Aprel 11-də həyat bilgisi fənnini tədris edənlər üçün “Refleksiv müəllim” vebinarı keçiriləcək.

 

Vebinar Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Refleksiv müəllim” layihəsi əsasında ayda 2 dəfə olmaqla onlayn şəkildə keçirilir və 1,5 saat davam edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihənin əsas məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, ümumilikdə dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.

 

Vebinarda iştirak etmək istəyən müəllimlər aprelin 11-i saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.