Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-09 14:00:00
Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi başa çatıb

Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibələrdə 2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak ediblər. Aprelin 4-dən 7-dək keçirilən müsahibə mərhələsində ümumilikdə 1922 nəfər iştirak edib və müvafiq komissiya tərəfindən onların peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılıb. Növbəti mərhələdə namizədlərin nəticələri emal olunduqdan onların sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Müsahibələr ənənəvi formada Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçirilib.