Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 17:42:00
Deputat həmkarının müdafiəsinə qalxdı-Ensiklopediya qalmaqalı böyüyür

 

“Mətbuatda kütləvi savadsızlıq hökm sürür. Savadlı jurnalist niyə belə qeyri-etik ifadələr işlədən yazını saxlasın ki?! O, deputatın  təhqir olunub,   yazının oxunmasından həzz alır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

 

Gedişat da onu göstərir ki, daha çox elmi-maarifçi ensiklopedik  meyarlara deyil,  intriqaya yol verilən müsahibədə nüfuzlu qurumun öz sanbalına da xələl gətirir.

 

Jurnalistlərə  hər hansı mövzu ilə bağlı əlçatmaz olan nüfuzlu simalar, ciddi qurum rəhbərləri  zaman-zaman Mətbuat Şurasının “qara siyahı”sında yer alan media orqanlarında görünməsi birmənalı qarşılanmır. Hətta bundan sonra həmin qurumun fəaliyyətinin o qədər də ürəkaçan olmadığını düşünənlər də var. AME  Elmi Mərkəzinin rəhbəri T. Nağıyrvin “Təzadlar” müsahibəsini də bu qəbildən adlandırmaq olar.

 

 

 

Məlumat üçün qeyd edək ki, millət vəkili  Etibar Əliyevin  özünün şəxsi feysbuk hesabında     Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev və onun “Təzadlar” qəzetinə verdiyi müsahibə ilə bağlı yazdığı status media gündəminə düşüb.

 

E.Əliyev həmçinin, jurnalistlərə müraciət edərək, onunla Ensiklopediya rəhbərliyinin debatının təşkilini xahiş edib:

 

“Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev reket jurnalist, məşhur böhtançı, həbsdə olan Rasim Məmmədovun ortağı Asif Mərziliyə verdiyi müsahibəsində mənim Milli Ensiklopediya ilə bağlı iradlarımı böhtan adlandıraraq, haqqımda yaşına uyğun olmayan tərbiyəsiz ifadələr işlədib.

 

Görsənir ki, Mərzili səviyyəsizlik virusunu bu ağsaqqala da keçirib. Mərzili qafalı Tofiq Nağıyev deyir ki, guya mən onlarla görüşdən qaçıram. Sizdən xahişim: Mənim Tofiq Nağıyev başda olmaqla Ensiklopediyanın rəhbərliyi ilə debatımı təşkil etməyinizi Sizdən xahiş edirəm. Onlara Ensiklopediya savadsızlığını izah etmək mənə nəsib olacaq.

 

Fazil Mustafa açıqlamasında Azərbaycan Milli Ensiklopediyası ilə bağlı narazılığını bildirib:

 

“Savadsız şəkildə AME  buraxdıqda bu cür halların  yaşanması çox normaldır. Çünki hazırda  Ensiklopediya qeyri-etik səviyyəyə endirilib. Bizim daha səviyyəli Ensiklopediya yazmaq imkanımız var idi.

 

Hətta Sovet dövründə buraxılan ensiklopediyanı belə tirajlaya bilməmişik. O, da istənilən səviyyədə olmadı, istər müstəqillik, istərsə də SSRİ dövründə, bu məsələ ciddi qarşılanmayıb. Bunu hazırlayan şəxslərin iş  tənqid edildikdə isə onlar aqressiya ilə cavab verirlər. Bu məsələyə illərdir ki, pul ayrılır, lakin öhdəsindən gəlinə bilinmir.

 

Ensiklopeyiyanı tənqid edənlərə qarşı mətbuatda qeyri-etik ifadələrin işlədilməsi yolverilməzdir. Etibar Əliyev ölkədə Ensiklopediya işini ən yaxşı bilən insanlardan biridir. Hətta ondan məsləhət belə alınıb, səhvlər düzəldilə bilərdi. Bu halda daha sanballı iş ortaya qoymaq olardı”.

 

 

Deputat həmçinin, Ensiklopediyanın çox həssas və məsuliyyətli iş olduğunu, müsahibənin yayımlandığı mətbuu orqanın bu intriqa axtarışında olduğunu,  jurnalistin deputatı müsahibə  təhqir etməkdən sanki həzz aldığını bildirib:

 

“Mətbuatda kütləvi savadsızlıq hökm sürür. Savadlı jurnalist niyə belə qeyri-etik ifadələr işlədən yazını saxlasın ki?! O, deputatın  təhqir olunub,   yazının isə oxunmasından həzz alır.  İşin arxa tərəfinə baxdıqda  o jurnalistin Ensiklopediyadan başının çıxmadığını görürük. Həmin şəxs intriqa ilə məşğuldur. Ensiklopediya çox həssas və məsuliyyətli işdir”.