
Mehdiyev Mehdi Mükərrəm oğlu 1952-ci il aprelin 15-də Qubadlı rayonu Dondarlı kəndində anadan olub, orta təhsilini burada başa vurub. !970-1975-ci illərdə Azərbaycan Dövlət Unversitetində təhsil alıb və həmin təhsil ocağında aspiranturanı bitirib.
Mədəniyyət sahəsində bir sıra elmi məqalələrin müəllifidir.
2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. !975-2002-ci illərdə kino mətbuatında ( “Kino” qəzeti və “Yeni filmlər” jurnalı) müxtəlif vəzifələrdə çalışıb. Milli kino sənətimizin təbliğinə dair məqalələri təkcə respublika mətbuztında deyil, xarici ölkələrin nəşrlərində də dərc olunub. 1992-ci ildən 2002-ci ilə kimi “Kino” qəzetinin baş redaktoru olub.
Azərbaycan kinematoqrafçılarından ibarət 25 nəfərin xüsusi buraxılışını hazırlayıb.
2002-ci ildən “Xalq qəzeti”nin mədəniyyət yazarı kimi fəaliyyət göstərir. Bu vaxta kimi mədəniyyət siyasətinin, eyni zamanda, Mədəniyyət Nazirliyinin fəaliyyətini müsbət yöndə dəstəkləyən 2000-ə yaxın məqalə və digər janrda materiallar hazırlayıb, dərc etdirib. Hazırda bu qəzetin əməkdaşı kimi fəaliyyətini davam etdirir və İttifaqda yaxından iştirak edir. Dəfələrlə Mədəniyyət Nazirliyinin keçirdiyi məqalə müsabiqəsinin qalibi olub.
Beş kitab müəllifidir. “Ömrün çarpaz rakursları” kitabı Azərbaycan kinematoqrafçılarına həsr olunub.
Bir kinossenarisi müsabiqə qalibi olub və onun əsasında nazirliyin sifarişi ilə “Lal çinar” filmi çəkilib. Bir ssenarisi—“Bütün bunlardan sonra” kitabda çap olunub və nazirliyin ssenari portfelindədir.
Pedaqoji fəaliyyətlə də məşğul olub. Əvvəl Azərbaycan Dövlət Universitetində, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik fəaliyyəti göstərib. Mədəniyyət və İncəsənət Universitetində kino sənəti üzrə bir neçə dərslik proqramı hazırlayıb. Əsasən, “Kinojurnalistikanın əsasları” fənnindən dərs aparıb.