Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 17:24:00
Azərbaycanda koronavirus: Son sutkada ölən yoxdur, 15 nəfər yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a  verilən məlumata görə, ölən yoxdur.

 

İndiyədək ölkədə ümumilikdə 792 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 163 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 613, bu günə qədər isə ümumilikdə 6 762 824 test icra olunub.