Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 16:34:00
UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir  

UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsi elan edir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsini mayın 31-dək təqdim edə bilərlər.

 

Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.