
2018-08-19 16:00:00
Alimlər alkoqollu və enerjili kokteyllərin zərərini açıqladılar
ABŞ, Böyük Britaniya və Braziliyadan olan bir qrup alim spirtli və enerjili içkilərin eyni vaxtda içilməsinin insan orqanizminə zərərindən danışıblar.
Moderator.az xarici mətbuata istinadən bildirir ki, bu barədə 19 avqustda Journal of Psychiatric Research nəşrində yazılıb.
Bioloqlar spirt və enerjili içkinin əsasını təşkil edən iki əsas maddəni-etanol və taurinin təsirini ətraflı öyrəniblər.
Onlar, biri yırtıcı olan akvarium balıqları üzərində eksperiment aparıblar. Alimlər onları adi suda və etanol və taurinin müxtəlif proporsiyalarının qarışığını yerləşdiriblər.
Balıqların etanol və taurinin olduğu akvariumda yerləşməsi, onların sosial fəallığını azaldıb. “Kokteyl”in təsirindən sonra hətta yırtıcının yanında olmasına baxmayaraq onlarda qorxu hissi olmadığı da müşahidə olunub.
Alimlər bu nəticəyə gəliblər ki, alkoqol qəbul edəndə taurin neqativ təsirlərini artırır.
Etanol sakitləşdirici təsirə malikdir, taurinin isə stimullaşdırıcı əlamətləri var, ona görə də adamlar iki komponentdən ibarət kokteyli nadir hallarda içirlər.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51