
Bakı şəhəri Nərmanov rayonu 45 saylı tam orta məktəbində Vətən qəhrəmanlarının xatirəsi hər zaman hörmətlə yad edilir. Bu gün məktəbin 6 d sinif şagirdləri “Aprel döyüşləri: zəfərə gedən yol” ədəbi-musiqili kompozisiyasının təqdim edirdilər.
Məktəblilər Vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolundan, onların döyüşlərdə göstərdiyi şücaətdən və şəxsi həyatlarından bəhs edən musiqili səhnələrlə öz istedadlarını nümayiş etdirdilər.
Onların səhnəcklərində Dədə Qorqud, Molla Pənah Vaqif , Azərbaycan torpağının qəhrəmanları bir arada idi. Dədə Qorqud obrazını Nadir Tanrıverdiyev, Molla Pənah obraızını Davud Rzayev yaratmışdılar. Məktəblilərin səhnəsindən böyüklərə və həmyaşıdlarına örnək olan öyüdlər, alqışlar səslənirdi. 6 d sinifinin qızlarının rəqsi isə əsil Zəfər notlarına köklənmişdi.
Məmmədəli Həsənov Vətən müharibəsi şəhidi , Salyanda doğulub boya-başa çatan Sultan İbarhimovun obrazını təqdim etdi.
Sultanlı Hikmət və Nuray Axundova Aprel döyüşlərində şəhid olan polkovnik Sənan Axundovun döyüşə yola düşmə məqamını səhnələşdirmişdilər.
45 saylı məktəbin 6 d sinfinin şagirdi Mehriban Mirmövsümovanın ifasında səslənən “Xarı bülbül” və Zəfər nəğmələri də məktəbə dəvət edilən qonaqların ruhunu oxşadı.
Balaca fidanlarımızın hazırldaıqları “Aprel döyüşləri: zəfərə gedən yol” ədəbi-musiqili kompozisiyasının tamaşaçıları həm məktəbn müəllim və şagird kollektivi, şəhid Sultan İbrahiovun valideynləri Malik və İlhamə İbrahimovalar, aprel və Vətən müharibəsi döyüşlərinin iştirakçısı, “Azərbaycan bayrağı” ordenli kəşfiyyat idarə rəisi polkovnik-leytenant Etibar Camalov , Nərimanov rayonu Gənclər və İdman idarəsinin rəisi Nəcəf Nəcəfov, yazıçı Varis və araşdırmaçı jurnalist Aida Eyvazlı idilər.
Tədbirdə iştirak edən şəhidi Sultan İbarhimovun valideynləri Vətən qəhrəmanlarını unutmadıqları, onların xatirəsini əbədiləşdirdikləri üçün 45 saylı məktəbin şagirdlərinə və müəllimlərinə ürək sözlərini dedilər. Tədbirdə iştirak edən qonaqlar da məktəbin direktoru Nəcibə Axundovaya və müəllim heyətinə məktəbəədə yaratdıqları gözəl mühit və ab-havaya, təhsil şəraitinə, savadlı uşaqlar yetişdirdiklərinə görə minnətdarlıqlarını bildirdilər. Yazıçı Varis “Qar üstündə ləkə”, jurnalist Aida Eyvazlı isə “Qalibiyyət: şəhidlər və şahidlər” kitabını məktəblilərə hədiyyə etdilər. Nərimanov rayonu Gənclər və İdman idarəsinin rəisi dedi ki, Nərimanov rayonunda hər il şəhidlərin adı ilə bağlı idman turnirləri keçirilir. Bu ilin may ayında isə salyanlı qəhrəman şəhidimiz Sultan İbrahimlinin adına turnir təşkil ediləcək.
Tədbirin sonunda məktəbin direktoru Nəcibə Axundova hərbi vətənpərvərlik “Şahinlər” oyununda 3-cü yeri qazanan şagirdlərə sertifikat və medallarını təqdim etdi. Daha sonra rəhbəri olduğu məktəbdəki yaradılan hərbi vətənpərvərlik ruhundan, təhsildə qazandıqları uğurlardan, eləcə də Aprel döyüşlərindən Zəfərə qədər yol gələn qəhrəmanlarımızdan, Ali Baş Komandan İlam Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi qayğıdan danışdı.