Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 16:05:00
UNEC “SABAH”ın VII Vyana balı keçirilib  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) SABAH-ın təşkilatçılığı ilə ənənəvi VII Vyana balı keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, tələbələrin müasir mədəni dünyagörüşünün artırılması, onların musiqi və rəqs zövqünün inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi məqsədilə keçirilən Vyana balında Təhsil Nazirliyinin “SABAH” İcra Komitəsinin üzvləri və UNEC-in struktur rəhbərləri, müəllim və tələbələr iştirak edib.

 

Vyana balında “SABAH” məzunları və tələbələri bal rəqsləri, eləcə də klassik, milli, müasir rəqslərin peşəkar səviyyədə ifası ilə yanaşı, bir-birindən gözəl, fərqli çıxışlar ediblər. Bəstəkar Tofiq Quliyevin əsərinin sədaları altında tələbələrin müəllimləri rəqsə dəvət etmələri iştirakçıların xüsusi marağına səbəb olub.