Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 11:47:00
"Davamiyyətin rəqəmsal monitorinqi" layihəsinin hesabat tədbiri keçirilib

Mayın 5-də Təhsil Nazirliyinin "Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirtdiyi qrant müsabiqəsi üzrə qalib olmuş "Davamiyyətin rəqəmsal monitorinqi" layihəsinin hesabatvermə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, hesabatlılıq görüşü, “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə keçirilmişdir.

 

Tədbirdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, mütəxəssislər Ruziyyə Məmmədzadə, Rəbiyyə Museyibova, Bakı Kompüter Peşə Liseyinin direktoru Şaban Cəərçiyev və eləcə də layihənin işçi heyəti iştirak ediblər.

 

Layihə rəhbəri Şaban Cəərçiyev layihənin mahiyyəti, layihə üzrə görülmüş işlər və əldə olunan əsas nailiyyətlərdən danışıb, layihə çərçivəsində hazırlanmış “Tələbə və işçilərin davamiyyətinin rəqəmsal nəzarət sistemi” barədə geniş izahat verib. Layihənin əhatə dairəsi barədə məlumat verən layihə rəhbəri bildirib ki, sistem pilot olaraq Bakı şəhəri və böllgələr üzrə 10 peşə məktəbində tətbiq edilir. Əlavə olaraq qeyd edib ki, aprel ayının 30-dan etibarən pilot məktəblərdə məlumat bazasının yaradılması, tanınma qurğuları və serverlə əlaqələndirilməsi təmin edilib, hal - hazırda proqram təminatı ilə bağlı proses davam edir. Şaban Cəərçiyevin təqdimatından sonra layihənin perspektivləri, risklər və davamlılıq məsələləri müzakirə edildi.

 

Məlumat üçün bildirək ki, planlaşmaya əsasən layihənin 2022-ci ilin uyun ayında yekunlaşması nəzərdə tutulub.