Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 09:37:00
Müəllimlər üçün ödənişsiz təhsil resursu işə başladı - Azərbaycanda ilk 

Azərbaycanda ilk  dəfə özündə təhsil resursunu toplayan ödənişsiz sayt istifadəyə verilib

 

http://eduroom.az saytına material yerləşdirmək və endirmək çox sadədir. Sayt tədris və təlim-tərbiyə  prosesində iştirak edən - öyrədən və ya özü sərbəst şəkildə yeni biliklər əldə etməyə çalışan hər kəsə metodik köməklik göstərmək məqsədilə yaradılıb.

 

Müəllim və ya tələbə, şagird və ya qayğıkeş valideyn - burada özü üçün məlumatlar, materiallar tapa bilər, çünki  əsas məqsəd məktəbəqədər yaşdan saçları ağarana qədər hər bir insanı öyrətmək, təlim-tərbiyəsinə  və  şəxsi inkişafına yardım etməkdir.

 

Bu saytda dərc olunan bütün materiallar  ölkənin müxtəlif şəhər və kəndlərindən göndərilən vicdanlı, zəhmətkeş və fədakar müəllimlərin göz nuru və zehin məhsuludur.  Müəllimlər bu platformada  təcrübədə sınanmış, müasir texnologiya və mtodikaya əsaslanan materialları təqdim edərək, Azərbaycan təhsil cəmiyyəti ilə paylaşacaqlar.

 

Təhsil  və elm paylaşdıqca çoxalır!!!

 

Ümid edirik ki, xəyallarını reallaşdırmaq və təhsillə maraqlanan insanların həyatında  iz buraxmaq məqsədiylə hərəkət edən  Yaradıcı müəllimlər platformasi gələcək nəsillərin inkişafına töhfə verəcək!

 

Yaradıcı müəllimlər platforması Azərbaycanda təhsil işçilərinin yaradıcı gücünü üzə çıxarmağı əsas hədəf kimi qarşıya qoyur. Platformanı ziyarət edən hər kəs  zəngin təcrübə və dolğun məzmuna malik materilları yerləşdirə və ya faydalana bilər.

 

Saytın bölmələrində  yerləşdirilən bütün materialları pulsuz yükləmək mümkündür:

 - pedaqoji fəaliyyət üçün metodik materiallar;

- elektron didaktik və əyani vəsaitlər;

-pedoqoji məqalələr

- özünütəhsil  və inkişaf üçün materiallar;

- İmtahanlara hazırlaşmaq məqsədilə müxtəlif siniflər və fənnlər üzrə testlər və tapşırıqlar.

 

Sayt informasiya vasitəçisidir və istifadəçilərə öz materiallarını onun səhifələrində yerləşdirməyə imkan verir.