Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 15:35:00
Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) TOEFL iBT imtahanı mayın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 9:00-da başlanır.

 

Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. İmtahan haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.