Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 16:05:00
Son sutkanın COVID statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

 

İndiyədək ölkədə 792 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. 70 nəfər aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3861, bu günə qədər isə ümumilikdə 6 842 319 test icra olunub.