Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 17:57:00
ADNSU-da “Dahi rəhbər Heydər Əliyev” adlı kitab sərgisi təşkil olunub

Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e Kitab Evində ümummilli liderimiz, dünya siyasətinin korifeylərindən biri, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin  anadan olmasının 99-illik yubleyinə həsr olunmuş  “Dahi rəhbər Heydər Əliyev" adlı kitab sərgisi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, ümumilikdə 50-dən çox kitabın yer aldığı sərgidə müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadı, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüşün necə yarandığını əks etdirən kitablar və digər nəşrlər yer alıb.