
2022-05-18 17:08:00
Elçibəyin qardaşı qızı AMEA-dakı işindən çıxarıldı: "Direktorun mənimlə düşmənçiliyi var" - Açıqlama
“1977-ci ildən Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Tarixi Muzeyində çalışıram. Zal növbətçiliyindən başlayaraq elmi işçi vəzifəsinə qədər yüksəlmişəm. Uzun illər göstərdiyim xidmətlərə baxmayaraq, məni qanunsuz olaraq işdən çıxarırlar”.
Bunu AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədova bildirib.
S.Məmmədovanın sözlərinə görə, rəhbərlik ona qərəzli münasibət göstərib və xəstəliyi, sosial vəziyyəti nəzərə alınmayıb: “2019-cu ildə AMEA-da ixtisarlar oldu və vəzifəmi laborant edib kitabxanaya keçirdilər. Halbuki mən tarix fakültəsini bitirmişəm, məqalələrim var, elmi işçi olmuşam. Sonra pandemiya oldu, bir müddət işə çıxmadıq. Ötən ilin iyul ayında yenidən AMEA-da struktur dəyişikliyi oldu, bu dəfə məni etnoqrafiya şöbəsinə laborant keçirdilər. Mənə kompüter vermədilər və işlə də təmin eləmədilər. Şöbə müdirinə deyəndə ki, məni işlə təmin elə, deyirdi sən elə qızlara məsləhət ver, elə bir iş yoxdur və kompüter yoxdur. Mən 2019-cu ildə 18 kitabı pasportlaşdırıb redaktə eləmişdim. Lakin bu işimə baxmadılar. Bir neçə gün əvvəl də dedilər ki, sən ərizəni yaz, çıx. Mən banklardan borc pul götürüb xaricdə tələbə oxuduram, üstəgəl də əlilliyim var. 30 ildən artıqdır ki, ikinci qrup əliləm. Məni qanunsuz, əlilliyimə baxmayaraq muzeydaxili attestasiya təşkil edərək işdən çıxarırlar. Akademiyada pensiya ilə bağlı yaş həddi də yoxdur. Bilmirəm məndən nə istəyirlər...”
Bakupost.az
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51