
2022-05-19 14:23:00
Metodika və pedaqogikadan sertifikasiya MÖVZULARI
ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.
İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.
AzEdu.az məlumat verir ki, kitabçada Metodika və pedaqogika üzrə qeyd olunan mövzular aşağıdakı kimidir:
1.Hüquqisavadlılıq kompetensiyası
- Təhsil qanunu, 6,11,12,13-cü maddələr
- Ümumitəhsil haqqında Azərbaycan Respublikasının qanunu, 9,11,13,21,22,23,24,27,28-ci maddələr
- Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları
- Təhsil proqramı və aidiyyatı olan sənədlərdə əsas terminlərin təsviri (ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standartları, inteqrasiya, ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər)
- “Müəllimlərin etik davranış Qaydaları”
- Fənn kurikulumlarının tətbiqi kompetensiyası
- Bilik və onun növləri. Tapşırıqların hazırlanmasında bilik növlərinin tətbiqi
- Fəaliyyət və onun növləri haqqında ümumi məlumat
- B. Blumun “I ̇drak taksonomiyası” və təlimdə tətbiqi
- B.Blumun psixomotor və emosional-affektiv taksonomiyaları və təlimdə tətbiqi
- Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s. ) Problem həlletmə
- İllik və gündəlik planlaşdırma
- Alt-standartlardan təlim nəticələrinin çıxarılması
- Təlim modelləri (layihəəsaslı öyrənmə (PBL), oyunəsaslı öyrənmə, problemin həlli yolu ilə öyrənmə və s.)
- Diferensial təlim və tətbiqi
- İnteraktiv dərsin xüsusiyyətləri. Problemin qoyulması – motivasiya, refleksiya
- Təlim strategiyaları. Texnika və üsullar.(BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları(Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, Cisim və hadisələrə müxtəlif nöqteyinəzərdən baxılması, I ̇nsident üzərində iş, Nə olardı əgər? Mən kiməm?, 4N1KH, Qızıl dairə, Blum kubu, Debatın növləri, Sinif küncləri, Düşün-paylaş-bölüş)
- İnteraktiv təlimdə iş formaları, öyrənmə tərzləri. Müəllimin fasilitasiya bacarığı.
- Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri. Təhlükəsiz öyrənmə mühiti
- Onlayn tədris (Sinxron və asinxron yanaşma)
- Qiymətləndirmə standartları haqqında ümumi məlumat • Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq) • Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ,summativ (kiçik, böyük) • Formativ qiymətləndirmənin təşkili (meyar, rubriklər, əks-əlaqə)
- Pedaqoji və psixoloji kompetensiyalar.
- İntellektin növləri (riyazi-məntiqi, emosional, çoxnövlü)
- H.Qardner “Çoxnövlü zəka” nəzəriyyəsi
- J.Piaje “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi
- L.Vıqotski “Sosial inkişaf ” və “Yaxın inkişaf zonası” nəzəriyyələri
- K. Dvek “Düşüncə tərzi” nəzəriyyəsi
- L. Kolberq “Mənəvi inkişaf” nəzəriyyəsi
- R.Qanye “Öyrənmənin şərtləri nəzəriyyəsi”
- D. Qoulman “Emosional zəka” nəzəriyyəsi
- Şəxsiyyətin formalaşdırılması və inkişafı. Şəxsiyyətin formalaşdırılması və inkişafında məktəbin və müəllimlərin rolu.
- Sinfin idarəedilməsi mexanizmləri (gözlənti, prosedur, qaydalar, müəllim-şagird arasında psixoloji münasibətlər, sinfin səmərəli idarəedilməsində strategiyalar) (buzqıranlar)
- Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri (qısnama(bulinq), mobbinq)
- Biheyvierizm- F.Skinner “Operant şərtlənmə” nəzəriyyəsi
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51