Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-26 10:06:00
Milli Məclis “Ali təhsil haqqında” qanun layihəsini qəbul etməyib-RƏSMİ

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.

 

AzEdu.az-ın xəbərinə görə, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi;

- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.