Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-26 13:42:00
Qrant müsabiqə üzrə hesabatvermə görüşü keçirilib

25 may tarixində Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı qrant müsabiqəsində qalib olmuş "Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi" qrant layihəsinin “Microsoft Teams” platforması üzərindən hesabat tədbiri keçirildi.

 

AzEdu.az xəbər verir ki, görüşdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, mütəxəssisləri Rəbiyyə Museyibzadə, Ruziyyə Məmmədzadə, Tural Hətəmxanov, eləcə də ADPU-nun layihə üzrə komanda heyəti iştirak etmişdir. Mərasimdə çıxış edən layihə heyətinin üzvü Mehbarə Əhmədova layihə çərçivəsində görülmüş işlərə dair təqdimatla çıxış etdi, layihənin komponentləri üzrə mövcud və qarşıda duran məqsəd və vəzifələr müzakirə olundu.

 

M.Əhmədova çıxışında bildirdi ki, növbəti mərhələdə hibrid təhsil modellərinin təhsildə tətbiqi yollarını təklif etmək üçün təlimlər keçiriləcək və eyni zamanda hibrid təhsil modelləri üçün metodiki vəsait hazırlanacaq və müxtəlif seminarlar təşkil ediləcək. Komanda heyətinin digər üzvü Arzu Daşdəmirov STEAM dərslərini beynəlxalq müstəvidə araşdırılmasından bəhs etdi. Bildirdi ki, beynəlxalq təcrübənin araşdırılması məqsədilə layihə heyətindən 3 nəfər Türkiyə Cümhuriyyətinin universitetlərində ezamiyyətdə olmuşlar.

 

Daha sonra tədris işləri üzrə prorektor Eldar Aslanov ADPU-da yaradılan STEAM mərkəzləri barədə məlumat verdi. Bundan əlavə olaraq qeyd etdi ki, 141-dən çox məktəbdə STEAM dərsləri keçirilir və hazırda layihə çərçivəsində həmin fənn üzrə ümumi təlim nəticələri hazırlanır. Heyət üzvü həmçinin, bildirdi ki, fənn üzrə dərs vəsaitlərinin və metodiki tövsiyyələrin hazırlanması da nəzərdə tutulub.

 

Məlumat üçün bildirək ki, layihənin məqsədi tədqiqata əsaslanan informatika və STEAM fənlərinin yeni məzmununun tədrisinin təşkili və mentorluq fəaliyyətinin təşkili əsasında universitetin kadr potensialının inkişafını təkmilləşdirməkdən ibarətdir.