Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-05 11:59:00
İyunun 5-dən etibarən DİM-də imtahan protokollarının emalına başlanılacaq

İyunun 5-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materiallarının emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Xatırladaq ki, iyunun 4-də DİM 11 şəhər və rayonda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahanda 21 min 753 abituriyentin iştirakı nəzərdə tutulurdu.