Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 09:20:00
Süni zəkanın yaratdığı rəsm əsəri hərraca çıxarılır - Dünyada ilk

İngiltərənin “Christie’s” adlı hərrac evi süni zəka tərəfindən çəkilmiş rəsm əsərini real insanların əl işləri ilə birlikdə satışa çıxaracaq.

AzEdu.az Technote-yə istinadən xəbər verir ki, “Portrait of Edmond Belamy” adlı rəsm əsəri “Obvious” adlı neyroşəbəkə tərəfindən çəkilib.

Bu süni zəkaya XIV və XX əsrlər arasında yaradılmış 15 min portret rəsmləri vasitəsilə təlim keçiblər və daha sonra onu iki hissəyə ayırıblar. Beləliklə, yaradıcı funksiyasını daşıyan birinci hissə obrazları yaradıb, diskriminator funksiyasını daşıyan ikinci hissə isə onların doğruluğunu yoxlayıb. Bu proses insan tərəfindən yaradılmış obraz səviyyəsinə çatana kimi davam edib.

Sözügedən rəsm əsəri kətan üzərində çəkilib.

10 min dollar qiymətində dəyərləndirilən əsər 23-25 otyabr tarixlərində keçiriləcək hərracda satılacaq