Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-11 10:00:00
“Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib

İyunun 10-da Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.

 

Müzakirə edilən məsələlərlə bağlı qeyd olunmuş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.