
İyunun 14-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
AzEdu.az xəbər verir ki, “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Nərminə Gündüzlü məzunları təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. N.Gündüzlü məktəbdə ümumilikdə 2 200 şagirdin təhsil aldığını, onlardan 133 nəfərin bu il məzun adını qazandığını bildirib.
Çıxış edənlər onbirinciləri təbrik edib, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd ediblər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıblar.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
“Son zəng” tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov, idarənin İctimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Xədicə Məmmədova, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.