Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-14 17:23:00
Son sutkada 19 nəfər COVID-19-a YOLUXDU

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 85 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 217, bu günə qədər isə ümumilikdə 6 926 715 test icra olunub.