Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 16:29:00
21 nəfər yoluxdu - Ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 793 036 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 181 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 646, hazırkı dövrədək isə 6 942 791 test aparılıb.