Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-29 10:12:00
Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı iyunun 30-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanır.

 

“GRE: General Test” imtahanı haqqında daha ətraflı məluma DİM-in saytında yerləşdirilib.