
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələr davam edir.
AzEdu.az xəbər verir ki, proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti müsahibə mərhələsinə keçirlər.
Müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə əsasən namizədlər haqqında yekun qərar verilir.
Xatırladaq ki, iyunun 6-dan Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanılıb və iyulun 15-i saat 23:59-dək davam edəcək.