
2022-07-12 15:38:00
Badımcan saplaqlarının faydaları
Badımcandan müxtəlif çeşidli yeməklər, turşular, salatlar, hətta mürəbbə hazırlanır. Onun faydaları, şəfa verici xüsusiyyətləri saymaqla bitməz. Badımcanın özü kimi hər zaman tulladığımız saplaqları da faydalıdır.
Medicina.az xəbər verir ki, saplaqlar başda babasil (hemoroid) olmaqla, bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər.
Torpaqdan gələn vitamin və minerallar daha çox onun saplağında toplanır. Babasilin təbii yolla müalicəsindən badımcan saplağının suyu dərman, əməliyyat, kimi metodlarla yanaşı istifadə oluna bilər.
Bu şəfalı su göz sağlamlığı üçün də faydalıdır. Göz hüceyrələrinin bərpası, bu orqanlarda yaranan bir sıra problemlərin qarşını almaq üçün badımcan saplaqlarından hazırlanan vasitə yardımçı olur.
Saplaqlar dəmirlə də zəngindir. Qanazlığı səbəbindən yaranan yorğunluğu, stress kimi narahatlıqların qarşını almaq üçün də faydalıdır.
Bundan başqa, həzm sistemində problemi olanlar, reflüks, xora, qastrit, qəbizlik kimi problemlərdən əziyyət çəkənlər, bu sudan faydalana bilərlər.
Saplağın yağ faizi çox az olduğuna görə, tox saxlaya bilir, ona görə də artıq çəki problemindən əziyyət çəkənlərə tövsiyə olunur.
Bundan başqa, həmin su dəri üçün çox faydalı sayılır. Dərinin daha parlaq və gənc görünməsinə kömək edir.
Bəs suyu necə hazırlamaq lazımdır?
10 ədəd badımcan saplağı kəsilib təmiz yuyulur, üzərinə 1 l su əlavə olunur.
Qazanın qapağını bağlayıb vam odda yarım saat qaynatmaq lazımdır. Soyudandan sonra həmin suyu səhər və axşam acqarına yarım stəkan olmaqla içmək olar.
Suyu bu müddətdə soyuducuda saxlaya bilərsiniz.
Suda tənzif isladıb babasil düyünlərinin üzərinə qoymaq olar.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51