
2018-08-29 10:20:00
43 tələbənin itməsində əli olan cinayətkar saxlanılıb
Meksikanın hüquq-mühafizə orqanları 2014-cü ilin sentyabrında Herrero ştatında 43 tələbənin itməsində əli olan daha bir nəfəri saxlayıb.
AzEdu.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, polis “Böyük quş” (“El Pajarraco”) ləqəbli Xuan Migeli Koauila ştatında saxlayıb. O, tələbələrin itkin düşməsində əlbir olmaqda şübhəli bilinir. Ehtimal edilir ki, Migel onların furqonda Kokul qəsəbəsindəki zibilliyə daşınmasında iştirak edib.
Ayotsinap kollecinin 43 tələbəsi 2014-cü ilin sentyabrında İquala şəhərində itkin düşüb. Sonradan məlum olub ki, onları yerli polis əməkdaşları oğurlayaraq quldurlara veriblər. Tələbələr bundan sonra öldürülüblər və onların cəsədləri yandırılıb. Təhqiqatla əlaqədar İqualanın keçmiş meri də daxil olmaqla, xeyli sayda polis əməkdaşı, ümumilikdə isə 100-dən çox adam saxlanılıb.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51