Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 14:42:00
İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 21-də 16 şəhər və rayonda I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, bu gündən etibarən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq.