Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 16:35:00
Azərbaycanda koronavirusa yoluxma kəskin artdı-305 nəfər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, 2 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 410 aktiv xəstə var. Bu günə qədər 9 729 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 484, bu günə qədər isə ümumilikdə 7 015 080 test icra olunub.