Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-22 11:25:00
Təhsil Nazirliyi: Gələn tədris ilində on nəfər Latviyada təhsil alacaq

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq 2022-2023-cü tədris ilində on Azərbaycan Respublikasının vətəndaşı bu ölkə hökumətinin təqaüdünə layiq görülüb.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, Latviya tərəfindən verilən yekun qərar nəticəsində müraciət edənlər Riqa Texniki Universitetində, Latviya və Riqa Stradins universitetlərində müxtəlif ixtisas və səviyyələr üzrə təhsillərini davam etdirmək hüququ əldə ediblər.

 

Qeyd edək ki, Azərbaycan Latviya hökumətindən bu təqaüd alan 26 ölkə arasında ilk üçlükdədi