Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-22 16:01:00
Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq  

Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq. Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçiriləcək.

 

Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı infrastruktur inkişaf etdiriləcək. Nəticədə, tədris prosesində və idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndiriləcək.

 

Bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.