Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-20 12:57:00
Məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi davam edir

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi davam edir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

 

Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.