Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-22 16:15:00
Həmvətənimiz Kanadada “ən yaxşı müəllim” mükafatına layiq görülüb  

Uzun illər ərzində Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhərində yaşayan həmvətənimiz Yeganə Cəfərova çalışdığı Farma-Medikal kollecində ən yaxşı müəllim mükafatına layıq görülüb.

 

Bu barədə Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, mükafat avqustun 20-də kollec tərəfindən təşkil olunmuş 2022-ci il tələbələrin buraxılış-diplom təqdimetmə tədbirində təqdim edilib. Yeganə Cəfərova ilk dəfə bu mükafata 2017-ci ildə Ontario Kolleclər Assosiasiyası tərəfindən, 2018 və 2019-cu illərdə isə eyni kollec tərəfindən ən yaxşı müəllim mükafatlarına layiq görülüb

 

Azərtac